ABŞ-da məşhur çoxuşaqlı ailədə 14-cü oğlan dünyaya gəlib

OXUNUB: 553 MARAQLI

ABŞ-ın Miçiqan ştatında 13 oğlanın olduğu məşhur ailədə daha bir oğlan dünyaya gəlib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda bildirilir ki, körpə Cey və Kateri Şvandt cütlüyünün planlaşdırdığından 5 gün tez dünyaya göz açıb. Ona hələ ad verilməyib.

Şvandt cütlüyü ənənələrinə uyğun olaraq, körpənin cinsiyyətini öncədən öyrənməyiblər. Ata daha əvvəl bildirib ki, o, 14-cü uşağın qız olmasını istərdi.

Kateri etiraf edib ki, o, çoxuşaqlı ailəyə öyrənib. Belə ki, onun özünün 13 bacı-qardaşı var.

Şvandt ailəsinin 13-cü uşağı 2015-ci ildə dünyaya gəlib./report

 

İcmal.Az

RƏYLƏR