ABŞ-da metal fabrikində partlayış baş verib: 1 ÖLÜ, 13 YARALI

OXUNUB: 185 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatının Okvud kəndində İ.Şuman adına metal zavodunda partlayış baş verib. Partlayış nəticəsində fabrikdə yanğın baş verdikdən sonra bölgəyə çoxlu xilasedici və polis qrupları göndərilib. Oakwood Yanğınsöndürmə İdarəsinin rəisi Brayan Dirokko bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Dirokko yaralıların müalicəsinin davam etdiyini, bir nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Partlayışın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR