ABŞ-da “nəsildə bir dəfə görülən" çovğun gözlənilir

OXUNUB: 338 Özəl DÜNYA
Milad bayramına hazırlaşan milli və yerli hava hesabat agentlikləri "nəsildə bir dəfə görülən" şiddətli soyuq və qar şəraiti barədə xəbərdarlıq ediblər. 

7NEWS.az xəbər verir ki, ABŞ-da Milli Hava Xidməti (NOAA) Milad tətili üçün səyahət etməyi planlaşdıranlara xəbərdarlıq edərək, ölkənin bəzi bölgələrində son 40 ildə yaşanmayan soyuq hava şəraitinin yaxınlaşdığını bildirib. 

NOAA qeyd edib ki, "nəsildə bir dəfə" görüləcək qədər nadir olan böyük çovğun və soyuq dalğa ABŞ-ın demək olar ki, bütün ştatlarına təsir edəcək. 

7NEWS.az

RƏYLƏR