ABŞ-da polis 84 yaşlı sürücünü yanan avtomobildən xilas edilib

OXUNUB: 173 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hadisə dünən Viskonsin ştatında yerləşən Kenoşa şəhərində baş verib. Polis Departamentindən verilən açıqlamaya görə, yerli vaxtla axşam saat 21:00 radələrində idarənin polis əməkdaşları təkəri partlayan və təkərindən qığılcımlar çıxan mikroavtobusu tıxacdan keçərkən görüblər. 84 yaşlı sürücüsü polisin "saxla" xəbərdarlığına tabe olmayan avtomobildə yanğın baş verib və avtomobil alovlanıb. Qısa müddətdən sonra polis əməkdaşları dayanmış avtomobilə yaxınlaşaraq yaşlı sürücünü alovdan çıxararaq təhlükəsiz yerə aparıblar. Hadisə zamanı xəsarət alan olmadığı bildirilib.

7NEWS.az

RƏYLƏR