ABŞ-da prokurorun müavini məhkəmədə yeniyetməni güllələyib

OXUNUB: 619 DÜNYA

ABŞ-da prokurorun müavini məhkəmə prosesində yeniyetməni güllələyib.

Bu barədə "WCPO” telekanalı polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Franklin dairəsində baş verib. Belə ki, Ohayo ştatında prokurorun müavini məhkəmə prosesi zamanı həddi-büluğa çatmamış şəxsi güllələyib.

Qeyd edilir ki, çərşənbə günü, günün birinci yarısında məhkəmədə odlu silahın tətbiqinin təhlükələri ilə bağlı 16 yaşlı yeniyetmə barəsində həddi-buluğa çatmamış şəxslərin işləri üzrə dinləmə keçirilib. Məhkəmə zalında prokurorun müavini ilə yeniyetmə və onun ailə üzvləri arasında qarşıdurma yaranıb. Bu zaman məmuru döyməyə başlayıblar. O, atəş açmağa məcbur olub və güllə müttəhimə dəyib.

Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən orada ölüb. /report

 

İcmal.Az

RƏYLƏR