7NEWS.az xəbər verir ki, ABŞ-da əsrin fırtınası adlandırılan çovğun nəticəsində ölənlərin sayı 65-ə yüksəlib. Evlərində qapalı qalan insanlara yemək, içki və ədyal çatdırmaq üçün səylər davam edərkən talançılar küçələrə axışıb. Nyu-Yorkun Buffalo Polis İdarəsi şəhərdəki mağazaları qarət edən 9 nəfərin saxlanıldığını açıqlayıb. Mağaza sahibləri də bizneslərini qorumaq üçün talançıları silahla təqib edirdilər.
7NEWS.az