ABŞ-da qaradərililərə işgəncələr vermiş həkimin heykəli söküldü – VİDEO

OXUNUB: 473 DÜNYA

ABŞ-ın Nyu-York şəhərində çox saylı etirazlardan sonra "Central Park”da  yerləşən həkim Ceymz Marion Simzin abidəsi sökülüb.

İcmal.Az xəbər verir ki, ölkəni bürüyən irqi zəminli etirazlardan sonra Nyu-York meri Bil de Blazio Konfederasiya dövrünə aid heykəllərlə bağlı xüsusi işçi qrup yaradıb.

Qalmaqallı həkimin 1894-cü ildə ucaldılmış heykəlinin, onun məzarının yerləşdiyi xiyabana köçürülməsinə qərar verilib.

Simz 19-cu əsrdə cərrah işləyib və  qaradərili qul qadınlar üzərində müxtəlif təcrübələr aparıb.  Habelə onun tibbin ginekologiya sahəsinə böyük töhfələr verdiyi bildirilir.

İcmal.Az

RƏYLƏR