ABŞ-da qasırğa nəticəsində 12 nəfər xəsarət alıb

OXUNUB: 192 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın mərkəzi hissələrində və cənubunda təsirli olan şiddətli tufan maddi ziyana səbəb olub. Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən ölkədə 231 mindən çox ev və iş yeri işıqsız qalıb. Ən azı 7 tornadonun təsirli olduğu Oklahoma ştatında 12 nəfərin yaralandığı, on minlərlə insanın işıqsız qaldığı, evlərin dağıldığı bildirilib. Oklahoma, Kanzas və Texas ştatlarının bəzi yerlərində güclü külək və dolu qeydə alınıb. Şiddətli tufanda evlərin damları uçub, avtomobillər aşıb, ağaclar kökündən qopub, bəzi ərazilərdə elektrik xətləri sıradan çıxıb.

7NEWS.az

RƏYLƏR