ABŞ-da qasırğa nəticəsində iki jurnalist həlak oldu

OXUNUB: 474 DÜNYA

ABŞ-da başlanan "Alberto” tropik qasırğasının ilk qurbanları WYFF News 4 telekanalının müxbiri və fotojurnalisti olub. 

İcmal.Az NBC telekanalına istinadla xəbər verir ki, hadisə Şimali Karolina ştatında baş verib. Güclü külək nəticəsində ağac jurnalistlərin olduğu maşının üzərinə aşıb. 

ABŞ-ın Alabama, Florida və Missisipi ştatlarının rəhbərlikləri fövqəladə vəziyyət rejimi tətbiq ediblər. 

Qeyd edək ki, "Alberto” suptropik qasırğası mayın 28-də Florida ştatının sahillərinə çatıb. Küləyin gücü saatda 72 kilometrə bərabərdir.

Ekspertlər hesab edir ki, "Alberto” qasırğası bir milyard dollardan çox ziyan vura bilər. 

İcmal.Az

RƏYLƏR