ABŞ-ın Minnesota ştatının sakini YouTube üçün video çəkmək istəyərkən öz sevgilisini güllələyib.
Bu barədə The Star Tribune nəşri yazır.
Monaliza Perez və onun münasibətdə olduğu oğlu Pedro Ruiz öz YouTube kanalları üçün video çəkmək istəyirdilər. Kadrlarda qız oğlana atəş açır, sonuncu isə müdafiə üçün kitabdan istifadə edir. Perez yarım metr məsafədən atəş açdıqdan sonra güllə kitabdan keçərək Ruizə dəyib. Aldığı güllə yarasından gənc oğlan yerindəcə ölüb./oxu
İcmal.Az

























