ABŞ-da xəstəxana administrasiyalarının daha az personalla xidmət siyasəti işçilərin, xüsusilə tibb bacılarının tətilə getməsinə səbəb olur, səhiyyə işçiləri və xəstələrlə bağlı yaşanan problemlər isə sektoru böhran həddinə çatdırıb.
7NEWS.az xəbər verir ki, Nyu Yorkdakı bəzi xəstəxanalarda çalışan minlərlə tibb bacısı, kadr çatışmazlığı, iş təhlükəsizliyi, giriş bərabərliyi kimi mövzularda yaşadıqları problemlər səbəbiylə başladıqları tətil nəticəsində xəstəxana rəhbərliyi ilə müvəqqəti razılığa gəldiklərini ifadə etdilər.
Nyu York Bələdiyyəsinin sərhədləri daxilində yerləşən Mount Sinai və Montefiore Tibb Mərkəzi adlı böyük xəstəxanalarda çalışan 7000-dən çox həmkarlar ittifaqı tibb işçisinin tətil qərarı xəstəxana administrasiyalarının səhiyyə xidmətlərini dayandıraraq, səhiyyə sektorunda böhranın artmasına səbəb oldu.
7NEWS.az