ABŞ-da silahlı hücum baş verib: 6 ÖLÜ

OXUNUB: 462 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Tulare qraflığında, Qoşen şəhərində silahlı şəxs evə hücum edib. Hücumda biri 6 aylıq körpə olmaqla cəmi 6 nəfər həyatını itirib. Tulare mahalının şerifi Mike Boudreaux verdiyi açıqlamada hücumun ən az 2 nəfər tərəfindən həyata keçirildiyini, 6 qurbanın isə güllələnərək öldürüldüyünü vurğuladıqlarını bildirib. Sözügedən hücumun təsadüfi olmadığını düşündüklərini açıqlayan Boudreaux, "Biz bunun hədəflənmiş bir ailə olduğuna inanırıq" deyərək, hücumda dəstələrin iştirak etdiyinə və bunun narkotiklə əlaqəli olduğuna inandıqlarını söylədi.

7NEWS.az

RƏYLƏR