7NEWS.az xəbər verir ki, ABŞ-da Federal Aviasiya Administrasiyasının (FAA) kompüter sistemlərində yaranan nasazlıq səbəbindən ölkə daxilində saatlarla dayandırılan uçuşlar bərpa edilib. Aviasiya rəsmiləri problem səbəbindən 4000-dən çox reysin gecikdiyini, 600-dən çox reysin isə ləğv edildiyini açıqlayıb.
Hava nəqliyyatında sıxlığın qarşısını almaq üçün ilk olaraq Nyuark və Atlanta hava limanlarından uçuşlara başlanılıb. FAA ABŞ-da hava limanlarına eniş edən təyyarələrlə bağlı heç bir problem olmadığını bəyan edib.
Ağ Evdən verilən açıqlamada, bu mərhələdə kiberhücuma dair heç bir dəlil olmadığı bildirilib.
7NEWS.az