7NEWS.az xəbər verir ki, ABŞ-ın Çikaqo yaxınlığında 4 iyul Müstəqillik Günü paradı qan donduran qırğına şahidlik edib. Şübhəli Robert Crimo 7 nəfəri öldürüb, 30 nəfəri yaralayıb. Dəhşətli anlardan sonra hadisə yerindən qaçmaq üçün qadın qiyafəsində gizlənən Crimo tutulduqdan sonra dəhşətli etiraflar etdi. Digər tərəfdən, Krimonun anasının evində qorxulu görüntü peyda olub. Evin çöl arxa divarında əlində tüfəng kimi bir şey tutan xoşbəxt sarı üzlü bir adamın şəkli çəkilmişdi. Ailəsi bu vəziyyətin övladlarının yalnız sənətlə maraqlanmasından başqa bir məna daşımadığını iddia edib.
7NEWS.az