ABŞ-da təqaüdçü silahlı soyğunçunu zərərsizləşdirdi – VİDEO

OXUNUB: 910 DÜNYA

ABŞ-ın Pensilvaniya ştatının Skott qəsəbəsində yerli təqaüdçü banka hücum çəkən soyğunçunu zərərsizləşdirib.

Videonu The New York Post nəşri dərc edib.

Cinayətkar bank işçisindən pulla dolu torbanı götürdükdən sonra 63 yaşlı Robert Sakoski onun üstünə atılaraq yerə yıxıb və maskasını çıxarıb. 

Saxlanılan Con Rayall polisə bildirib ki, uşağını saxlamaq üçün pul lazım olduğundan cinayətə əl atıb.

Sakoski yerli hotellərin birində menecer işləyir. /oxu

İcmal.Az

RƏYLƏR