ABŞ-da tornado fəlakəti baş verib : 7 ÖLÜ

OXUNUB: 359 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın cənub-şərqində yerləşən Alabama ştatında güclü yağış təsirli olub. Ştat boyu müşahidə edilən tornadolar fəlakətə səbəb olub. Autauqa bölgəsində tornadolar nəticəsində azı 6 nəfər ölüb. Qubernator İvey , Autauga, Chambers, Coosa, Dallas, Elmore və Tallapoosa bölgələrində fövqəladə vəziyyət elan edildiyini ifadə edib. Tornadoların insan tələfatına səbəb olduğu digər ştat isə Gürcüstan olub. Butts bölgəsində şiddətli fırtına nəticəsində ağacın avtomobilin üzərinə aşması nəticəsində 1 nəfər ölüb. Atlanta şəhərinin cənub-şərqində fırtına səbəbiylə yük qatarının relsdən çıxdığı öyrənilib. Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanında və Charlotte Douglas Beynəlxalq Hava Limanında da 250-dən çox reys təxirə salınıb. Ştat üzrə 86 minə yaxın abonent işıqsız qalıb.

7NEWS.az

RƏYLƏR