ABŞ-da Türkiyədə keçiriləcək ümumi seçkilər üçün səsvermə başlayıb

OXUNUB: 579 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-da Türkiyədə ümumi prezident və 28-ci dönəm millət vəkili seçkiləri üçün səsvermə yerli vaxtla saat 09:00-da başlayıb. ABŞ-ın 7 ştatında yaradılmış 9 Seçki Mərkəzində 134 min 245 türk seçici səs verə biləcək. Səsvermə prosedurları mayın 7-dək Türkiyənin Boston, Hyuston, Los Anceles, Mayami, Çikaqo Baş Konsulluğu, Vaşinqton səfirliyi və Nyu-York Baş Konsulluğundakı Türk Evində davam edəcək. Lonq Aylend və Cənubi Cersidəki Nyu-York Konsulluğu nəzdində açılan qutularda səsvermə mayın 1-də başa çatacaq. Seçicilər hər gün saat 09:00-21:00 arası səs verə biləcəklər.

7NEWS.az

RƏYLƏR