ABŞ-da uçuşların dayandırılmasının səbəbi bəlli olub

OXUNUB: 235 Özəl DÜNYA
ABŞ Federal Aviasiya İdarəsi ötən həftə daxili uçuşların dayandırılmasına səbəb olan sistem nasazlığının səbəbinin müəyyən edildiyini açıqlamışdı. 

7NEWS.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) pilotları uçuş yollarında potensial təhlükələr barədə xəbərdar edən uçuş idarəetmə sistemindəki (NOTAM) nasazlıq səbəbindən keçən həftə bütün daxili uçuşları dayandırıb. Problem aradan qaldırıldıqdan sonra uçuşlar bərpa edilib. FAA nasazlığın səbəbinin araşdırma zamanı müəyyən edildiyini açıqlayıb. İlkin məlumat bazası ilə ehtiyat verilənlər bazası arasında sinxronizasiyanı bərpa etmək üçün işləyərkən işçi heyəti bilmədən faylları sildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR