ABŞ-ın Tennessi ştatında uranın zənginləşdirilməsi müəssisəsi olan Y-12 Milli Təhlükəsizlik Kompleksində yanğın baş verib.
7NEWS.az xəbər verir ki, ABŞ-ın Tennessi ştatının Oak Ridc şəhərində yerləşən ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının uranın zənginləşdirilməsi obyekti olan Y-12 Milli Təhlükəsizlik Kompleksində yanğın baş verib.
Y-12 Milli Təhlükəsizlik Kompleksindən verilən açıqlamada binadakı bütün personalın təxliyə edildiyi, yanğında ölən və yaralanan olmadığı bildirilib.
7NEWS.az