ABŞ İraqa göndərdiyi əsgərlərini geri çağırır.
Bu barədə "Associated Press” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İŞİD terror təşkilatının məğlub olması amerikalı əsgərlərin geri çəkilməsinə səbəb olub. İraqdakı əsgərlərlə birlikdə göndərilən silahlar da Əfqanıstana köçürülür.
Xəbər İraq ordusu tərəfindən də təsdiq edilib. Onlar keçən həftədən etibarən ABŞ əsgərlərinin ölkəni tərk etməyə başladığını bildiriblər./publika
İcmal.Az

























