ABŞ-dan Çin mesajı

OXUNUB: 473 Özəl DÜNYA
ABŞ dövlət katibi Antony Blinken ABŞ prezidenti Joe Biden administrasiyasının Çinə qarşı siyasəti ilə bağlı çıxışında ABŞ-ın Çinlə münaqişə və ya yeni soyuq müharibə istəmədiyini bildirib.

7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Antony Blinken ABŞ-ın paytaxtı Vaşinqtonda Corc Vaşinqton Universitetində Asiya Sosial Siyasət İnstitutunun (ASPI) təşkil etdiyi paneldə ABŞ prezidenti Joe Biden administrasiyasının Çinə qarşı siyasəti ilə bağlı açıqlamalar verib. Blinken, "Çin həm beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətində olan, həm də bunu etmək üçün getdikcə daha çox iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə ölkədir" dedi.

RƏYLƏR