7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Şerman Şimali Koreyanın nüvə sınağı keçirəcəyi təqdirdə çox sərt cavab verəcəklərini bildirib. Görüşdən sonra bölgədə artan gərginliklə bağlı mətbuata açıqlama verən Şerman, "Hər hansı bir nüvə sınağı qərarların pozulması deməkdir. BMT Təhlükəsizlik Şurasının sərt cavabı veriləcək" dedi. Şerman Şimali Koreyanı sabitliyi pozmağa və təxribat hərəkətlərinə son qoymağa və diplomatiya yolunu seçməyə çağırıb.
7NEWS.az