Amerika Birləşmiş Ştatları Taliban müvəqqəti hökumətinin bəzi üzvlərinə əlavə viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Birləşmiş Ştatlar Əfqanıstanda qadınlara qoyulan qadağalardan sonra Taliban müvəqqəti hökumətinin bəzi üzvlərinə və onların ailələrinə əlavə viza məhdudiyyətlərinin tətbiq ediləcəyini açıqlayıb. Xarici işlər naziri Antoni Blinken verdiyi açıqlamada Taliban rəhbərliyinin qadınlara və qızlara qarşı təzyiq və zorakılığına qarşı hərəkətə keçəcəklərini bildirib.
7NEWS.az