7NEWS.az xəbər verir ki, Parlamentdə Ömərin vəzifədən kənarlaşdırılmasına səsvermədə 211 "xeyr”ə qarşı 218 "hə” səsi verilib. Somali əsilli Ömər qovulma qərarının sırf siyasi olduğunu qeyd edərək, "Mən müsəlmanam, mühacirəm və Afrikalıyam. Amerikanın xarici siyasəti haqqında danışmağıma qadağa qoyulması kimsəni təəccübləndirə bilərmi?” dedi. Demokrat millət vəkilləri və Ağ Ev Ömərə dəstək bəyanatları yayıblar. Konqresdəki iki müsəlman qadından biri olan Ömər İsrailin Fələstinlilərə qarşı siyasətini tez-tez tənqid etdiyi üçün bəzən antisemitizmdə ittiham olunurdu. Nümayəndələr Palatasının spikeri Kevin Makkarti və respublikaçı qanunvericilər uzun müddətdir ki, Ömərin "anti-semit və anti-Amerika mövqeyinə görə” Xarici Əlaqələr Komitəsindəki vəzifəsindən uzaqlaşdırılmalı olduğunu iddia edirlər.
7NEWS.az