Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya böhranının həlli üçün görüş keçirilir.
ABŞ diplomatı Stüart Cons görüşdə yuxuya gedib.
Suriyada siyasi həll üçün Türkiyə, Rusiya və İranın vasitəçiliyi ilə baş tutan Astana görüşlərinin beşinci turunda maraqlı foto ortaya çıxıb. İclası izləməklə vəzifələndirilən ABŞ diplomatı Stüart Cons iclas salonundakı divanda yuxuya gedib.
Diplomatın yuxuya getməsi ABŞ-ın görüşləri ciddi qəbul etmədiyi istiqamətində şərhlərə səbəb olub./olke.az
İcmal.Az


























