ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib

OXUNUB: 870 DÜNYA

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.

Dövlət katibi Reks Tillerson ona təqdim edilən müvafiq sorğunu rədd edib.

Məlumata əsasən, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir. Madlen Olbrayt tərəfindən qoyulan ənənəni sonrakı illərdə Demokrat və Respublikaçılar partiyalarının nümayəndələri daim davam etdiriblər. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib./apa

İcmal.Az

RƏYLƏR