7NEWS.az xəbər verir ki, Blinken ABŞ və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın getdikcə artdığını bildirib. Prezident Tokayev isə ABŞ-ın 62 milyard dollardan çox sərmayə qoyaraq Qazaxıstana ən çox sərmayə qoyan ölkə olduğunu qeyd edib. Bildirilib ki, səfər ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri arasında təşkil olunan C5+1 Forumu (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan+ABŞ) çərçivəsində ABŞ dövlət katibi Blinken tərəfindən təşkil olunub. Nazir Blinkenin C5 ölkələrinin xarici işlər nazirləri və yüksək rütbəli diplomatları ilə ayrı-ayrılıqda görüşəcəyi bildirilib.
7NEWS.az