ABŞ dövlət katibi Antoni Blinken prezident Ərdoğanın açıqladığı yeni kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.
7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı sosial şəbəkədə təbrik edib. Blinken "Twitter" hesabında "Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı təbrik edirəm" sözlərini paylaşıb.
Türkiyə Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiyini bildirən Blinken Türkiyənin NATO müttəfiqi və tərəfdaşı kimi dəyərli olduğunu qeyd edib.
7NEWS.az