ABŞ dövlət katibi Şimali Koreyada

OXUNUB: 526 DÜNYA

ABŞ-ın dövlət katibi  Mayk Pompeo KXDR-ə gözlənilməz səfər edib.

İcmal.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, səfər Şimali Koreya lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək tarixi görüşə hazırlıq məqsədi daşıyır.

Habelə ABŞ KİV-də yayılan xəbərlərə görə, Pompeo eyni zamanda üç amerikalı məhbusun azad edilməsi və vətənə qaytarılması ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Trampla In arasında keçiriləcək görüşdə gündəmdə olan əsas məsələ Koreya yarımadasının denuklearizasiyası (nüvə silahlarından təmizlənməsi) olacaq.

İcmal.Az

RƏYLƏR