7NEWS.az xəbər verir ki, ABŞ Estoniyada Rusiya kəşfiyyatına işlədiyi iddiası ilə saxlanılan Rusiya vətəndaşı Vadim Konaşçenokun ABŞ-a təhvil verilməsini tələb edib.
Estoniya məhkəməsinin verdiyi açıqlamada, "Müttəhim Vadim Konoşçenok Estoniyada saxlanılıb və ABŞ-a təhvil veriləcək. Konoşçenok Rusiya kəşfiyyatının fəal əməkdaşı olmaqda ittiham olunur.
Konoşçenokla yanaşı, daha iki nəfər - Aleksey Brayman və Vadim Yermolenko da saxlanılıb. Bu üç şəxs Rusiyada son istehlakçılar üçün Qərb istehsalı olan hərbi və ikili təyinatlı məhsullar almaqda ittiham olunur ki, bu da ABŞ sanksiyalarına bərabərdir.
Estoniya Prokurorluğu Brayman və Yermolenkonun 250-500 min dollar girov müqabilində azadlığa buraxılmasını təklif edib.
7NEWS.az