Bildirilib ki, Nümayəndələr Palatasının sədri Pelosinin səfərindən sonra ilk dəfə ABŞ hərbi gəmiləri Tayvan boğazından keçib.
7NEWS.az xəbər verir ki, ABŞ hərbi gəmiləri Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu ayın əvvəlindəki səfərindən sonra ilk dəfə Tayvan boğazından keçib. ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci Donanmasından verilən açıqlamada, "USS Antietam və USS Chancellorsville gəmilərinin müntəzəm olaraq Tayvan boğazından tranzit keçdiyi" bildirilib. "Kruiz” tipli döyüş gəmilərinin "Boğazda sahili olan ölkələrin heç birinin ərazi sularında olmayan dəhlizdən istifadə etdiyi” vurğulanıb.
7NEWS.az