"ABŞ Senatında baş verən hadisələr, Azərbaycana qarşı sərgilənən haqsız mövqe onun göstəricisidir ki, bu dövlətin ədalət və həqiqət anlayışı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, öz strategiyalarında, siyasi davranışlarında azacıq da olsa düzgünlüyün, haqqın, ədalətin müdafiəsinə önəm versəydilər bizə münasibətdə belə namərdcə, riyakarca davranmazdılar: "ABŞ həmin ABŞ-dır. Əslində dəyişən nəsə yoxdur. Həmişə maraqları üçün oynayıblar. Həmişə "pambıqla baş kəsiblər”. Həmişə saman altdan su yeridiblər. İndi də Qafqazdakı maraqlarını təmin etmək üçün bütün iyrənc üsullara əl atırlar. Amma alınacaqmı? Təbii ki, yox. Bizə belə şeylər keçməz. Bizimlə sərt ritorika ilə, şantaj dilində, hədə ilə heç kim davrana bilməz. Buna imkan vermərik. Əsla vermərik!”.