ABŞ-ın Kaliforniya ştatında silahlı hücum: 3 ÖLÜ VAR

OXUNUB: 219 Özəl DÜNYA

ABŞ-ın Kaliforniya ştatında bara silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

7NEWS.az xəbər verir ki, yerli vaxtla saat 19:00 radələrində ABŞ-ın Kaliforniya ştatının Orinc qraflığında bir barda silahlı hücum olub. Yerli mənbələrdən verilən açıqlamada keçmiş polisin həyat yoldaşı ilə mübahisə etdiyi və atəş açdığı bildirilib. Orange County Şerif Ofisinin məlumatına görə, 2-si ağır olmaqla 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Hücumçunun hadisə yerinə gələn polis qrupları tərəfindən güllələnərək öldürüldüyü bildirilib. Yaralılar xəstəxanaya aparılarkən, hadisə yeri mühasirəyə alınıb.

7NEWS.az

RƏYLƏR