ABŞ-ın Kaliforniya ştatında silahlı hücum baş verib: 7 ÖLÜ

OXUNUB: 284 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Polis hücum edənin 67 yaşlı Zhao Chunli olduğunu müəyyən edib. San-Fransiskodan 50 kilometr cənubda yerləşən Half Moon Bay sahil şəhərində öldürülən Zhao Chunli insanlar Çin əsilli fermerlərdir. Yerli vaxtla saat 14:22-də baş verən ilk hücumda 4 nəfərin, qısa müddət sonra həyata keçirilən ikinci hücumda isə 3 nəfərin həlak olduğu açıqlanıb. Zhao Chunli yerli vaxtla saat 16:40-da polis bölməsinə gedib və təslim olub. Səbəbi hələlik məlum olmayan hücumla bağlı araşdırmalara başlanılıb. Kaliforniya ştatı şənbə günü Los-Anceles yaxınlığındakı Monterey Parkda rəqs klubuna edilən hücumdan sonra matəm elan edib. Hücumda həyatını itirənlərin sayı yaralılardan birinin ölməsi ilə 11-ə yüksəlib. 

7NEWS.az

RƏYLƏR