7NEWS.az verir ki, Dünyanın ən işlək hava limanlarından biri olan Los-Anceles Beynəlxalq Hava Limanında qısamüddətli elektrik kəsilməsi yaşanıb. Ötən gün saat 14.30-dan etibarən ABŞ-ın Los-Anceles Beynəlxalq Hava Limanında təxminən bir saatlıq elektrik kəsilməsi hava yollarının xidmətini dayandırıb. Bir çox terminallar fasilədən təsirlənsə də, sərnişinlər hava limanının qaranlıq anlarını sosial media hesablarında paylaşıblar. Aeroport rəhbərliyi öz Tvitter hesabında saat 15:45-də yaydığı yazıda elektrik enerjisinin kəsilməsinin tamamilə aradan qaldırıldığını bildirib. Uçuş izləmə saytı FlightAware, fasilənin səbəbi hələ müəyyən edilməsə də, Los-Anceles Beynəlxalq Hava Limanında kəsilmə saatlarında 140 reys gecikdirildiyini və 64 uçuşun ləğv edildiyini qeyd etdi.
7NEWS.az