ABŞ-ın Sietl şəhərində quraqlıq səbəbindən suya qənaət etmək çağırışı edildi

OXUNUB: 270 Özəl DÜNYA
ABŞ-ın Vaşinqton ştatında yerləşən Sietl şəhərində 1,5 milyon abunəçidən quraqlıq səbəbindən suya qənaət etmək istənilib.

7NEWS.az xəbər verir ki, Seattle Public Services Authority tərəfindən edilən açıqlamada abunəçilərə quraqlığa qarşı xəbərdarlıq edilib. Abunəçilərdən qazonların suvarılmasını dayandırmaq, duş qəbulunu azaltmaq, paltaryuyan və qabyuyan maşınları tam yüklənənə qədər işə salmamaq, sızan boruları və işləyən tualetləri düzəltmək xahiş olunub. Bəndlərdə suyun səviyyəsinin orta səviyyədən aşağı olduğunu və lazımi su təchizatının təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirən səlahiyyətlilər, vətəndaşları suyun səviyyəsi normallaşana qədər daha az su istifadə etməyə çağırıb.

7NEWS.az

RƏYLƏR