ABŞ-ın Texas ştatında tornadolar səbəbindən təxminən 200 min insanın işıqsız qaldığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, ABŞ-ın Texas ştatında 200 mindən çox insan tornado səbəbindən işıqsız qalıb. Məlumatlar göstərir ki, cümə axşamı saat 23:40-a olan məlumata görə, ümumilikdə 206 676 abonent elektrik enerjisində fasilələrlə üzləşib. Meteoroloqlar hadisələri fevral ayında Kaliforniyanın qərbində yağan güclü qarla əlaqələndiriblər.
Pis hava şəraiti cümə axşamı gecə Texasda 462 reysin ləğv edilməsinə səbəb olub.
7NEWS.az