ABŞ-ın texnologiya nəhəngləri öz hesabatlarını açıqlayıb

OXUNUB: 990 Texnologiya Özəl İQTİSADİYYAT
İyul-sentyabr dövründə ABŞ-ın qabaqcıl texnologiya şirkətlərindən olan "Apple” və "Amazon”un gəlirləri artarkən, "Intel”in gəlirləri azalıb.

7NEWS.az xəbər verir ki, "Apple” tərəfindən edilən açıqlamaya görə, 24 sentyabrda sona çatan üç aylıq dövrü öz balansında dördüncü rüb olaraq qəbul edən şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq rekord səviyyəyə çatıb. Ötən ilin eyni dövründə şirkət 83,4 milyard dollar gəlir əldə edib. 
"Amazon” şirkətin bu ilin iyul-sentyabr dövründəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz artaraq 127,1 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis satışları 110,8 milyard dollar olub.
"Intel”də isə ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 20 azalaraq 15,3 milyard dollara düşüb. Ötən ilin aprel-iyun aylarında şirkət 19,2 milyard dollar gəlir əldə edib.


RƏYLƏR