ABŞ Çində yoluxma sayının artması səbəbindən bu ölkədən gələn sərnişinlərdən Covid-19 test nəticələrinin istəniləcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 5 yanvar 2023-cü il tarixindən etibarən Çindən ABŞ-a gələnlər üçün Kovid-19 testi və mənfi test təqdimini məcburi etmək qərarına gəldiyini açıqladı.
CDC-dən verilən yazılı açıqlamada, tətbiqin Honq-Konq və Makaodan səyahət edəcək şəxslərə də şamil ediləcəyi bildirilib.
Bu tədbirin Çindən alınan məlumatların "kafi və şəffaf" olmadığı səbəbiylə alındığı bildirilən açıqlamada, dünyada Kovid-19-un fərqli variantlarının ortaya çıxmağa davam etdiyi bildirilib.