ABŞ İran rəsmilərinə qarşı yeni sanksiya tətbiq edib

OXUNUB: 534 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ administrasiyası İranda etirazlar zamanı nümayişçilərə qarşı zorakılığın davam etməsi səbəbindən baş prokuror, hərbi və yarımhərbi məmurlar da daxil olmaqla 5 İran rəsmisini sanksiyalar siyahısına əlavə edib. 

ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq, İranda etirazçılara qarşı davam edən zorakılıqlarla əlaqəli rejim rəsmilərinə qarşı sanksiyaların tətbiq edildiyini bildirib. 

Bəyanatda bildirilirdi ki, İranın baş prokuroru Məhəmməd Montazeri sentyabr ayında etirazlar zamanı həbs olunanların əksəriyyətinə ağır cəzalar verilməsi ilə bağlı məhkəmələrə göstəriş verdiyi üçün sanksiya siyahısına salınıb. 

7NEWS.az

RƏYLƏR