ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

OXUNUB: 179 Özəl DÜNYA
İranda baş verən etirazlara görə ABŞ administrasiyası İran İnqilab Keşikçiləri Ordusu Kooperativ Fondunu və idarə heyətinin 5 üzvü, İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini və İran İnqilab Keşikçiləri Ordusunun 4 yüksək rütbəli komandirini sanksiyalar siyahısına əlavə edib.

7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada İranda davam edən etirazlar səbəbilə bir vəqf və yüksək səviyyəli rəsmilərə sanksiya tətbiq edildiyi açıqlanıb. Bəyanatda İran İnqilab Keşikçiləri Ordusu Kooperativ Fondu və idarə heyətinin 5 üzvü, İran İnqilab Keşikçiləri Ordusunun 4 yüksək rütbəli komandiri və İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini Naser Rəşidinin sanksiya siyahısına salındığı qeyd edilib.

7NEWS.az

RƏYLƏR