ABŞ Maliyyə Nazirliyi 13 İran neft şirkəti və 2 İran vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib.
7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, İranın neft sektoru ilə əlaqəli 13 şirkət, iki tanker və iki vətəndaşa qarşı sanksiya tətbiq edilib. Qara siyahıya düşən şirkətlər arasında BƏƏ, Çin və Vyetnamda qeydiyyatdan keçmiş şirkətlər, Qabon və Panamada bayraqlı tankerlər var.
7NEWS.az