ABŞ İranın dəstəklədiyi İraq Hizbullahının hədəflərini vurub

OXUNUB: 1258 Özəl DÜNYA
ABŞ İraqdakı bazalarına edilən hücumlara cavab olaraq İranın dəstəklədiyi İraq Hizbullahının ölkədəki obyektlərini vurub.

7NEWS.az xəbər verir ki, ABŞ İraq Hizbullahı və ya Hizbullah Briqadaları kimi tanınan İraqın Kataib Hizbullah Hərəkatına qarşı cavab hücumları həyata keçirib. ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar ertəsi axşam verdiyi açıqlamada İranın dəstəklədiyi milislərin ABŞ-ın Ərbildəki hava bazasına təşkil etdiyi hücumlarda 3 ABŞ əsgərinin yaralandığını bildirib.

7NEWS.az

RƏYLƏR