ABŞ Konqresi müdafiə büdcəsini artırıb

OXUNUB: 813 DÜNYA

ABŞ Nümayəndələr Palatasının Təsisatlar Komitəsi 2018-ci il üçün nəzərdə tutulan müdafiə büdcəsini 639-dan 658 milyard dollara qədər artıb.

Məsələ ilə bağlı Komitə sədri respublikaçı Rodni Frelinghuysen açıqlama verib.

O, sözügedən layihənin ABŞ ordusunun daha çox silah və əsgər tələbini ödəməyə yönəlik olduğunu söyləyib.

"İndi ordumuzu yenidən inşa etmək və ölkəmizi qorumaq vaxtıdır. Bu qanun layihəsi ordumuza işlərini görmələrinə və dünyada sabitliyi təmin etmələri üçün lazım olan vəsaiti təmin edəcək”, -deyə Komitə sədri bildirib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR