ABŞ Konqresi üçün 68 səhifəlik Türkiyə hesabatı hazırlanıb

OXUNUB: 194 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-da Konqresin Tədqiqat Xidməti adlı təşkilat ABŞ qanunverici orqanının üzvləri üçün Türkiyə-ABŞ münasibətləri ilə bağlı hesabat hazırlayıb. 68 səhifəlik hesabatda 2016-cı ildə Türkiyədə uğursuz çevriliş cəhdindən sonra ABŞ-Türkiyə münasibətlərinin pisləşdiyi qeyd edilib. Əsas problemlər Suriya kürdləri ilə bağlı davam edən fikir ayrılıqları və Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 yerdən havaya müdafiə sistemini alması olub. Bildirilib ki, 2023-cü ildə keçiriləcək prezident seçkilərində hakimiyyətə fərqli lider gələrsə, Türkiyədə bəzi daxili və xarici siyasət dəyişiklikləri mümkün ola bilər.

7NEWS.az

RƏYLƏR