ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Covid-19 epidemiyasının qarşısının alınmasının dünyanın marağında olduğunu və Çinə kömək etməyə hazır olduqlarını bildirib.
7NEWS.az xəbər verir ki, Çin Covid-19 tədbirlərini yumşaltmağa başladıqdan sonra ölkədə halların sayı artsa da, ABŞ Çinə yardım təklif etdi. Mövzu ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, bütün ölkələrin insanların peyvənd edilməsinə diqqət yetirməsinin, test və müalicənin asanlıqla əldə edilə bilməsinin vacib olduğunu söyləyərək, ölkəsinin dünyanın ən böyük peyvənd donoru olduğunu xatırladıb.Ned Prays, "Biz Covid-19 və digər əlaqəli sağlamlıq problemlərində Çin də daxil olmaqla dünyanın bütün ölkələrinə dəstək verməyə hazırıq" dedi.
7NEWS.az