ABŞ KXDR-lə danışıqlarda tələb edir ki, Pxenyan yarım il ərzində malik olduğu nüvə başlıqlarını, radioaktiv materialları və qitələrarası ballistik raketlərin ən azı bir hissəsini ölkə xaricinə çıxartsın.
Bu barədə cümə axşamı məlumatlı mənbəyə istinədən Yaponiyanın "Asahi" qəzeti yazıb.
Vaşinqton nüvə silahı, material və raketlərin çıxarılması müqabilində KXDR-i terroru himayə edən ölkələr siyahısından xaric etməyə hazır olduğunu ifadə edib. Bu, bildirildiyinə görə, Pxenyana, xüsusilə də Cənubi Koreya və Çin tərəfindən humanitar yardımın göstərilməsinə yol açacaq./report
İcmal.Az

























