ABŞ Sakit okeanda hərbi mövcudluğunu artırmaq üçün Papua Yeni Qvineya ilə müdafiə sahəsində əməkdaşlıq sazişi bağlayacaq.
7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada dövlət katibi Antoni Blinken ABŞ-Sakit Okean Zirvəsi çərçivəsində Papua Yeni Qvineyanın paytaxtı Port Moresbiyə səfəri zamanı müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq. Müqavilə ilə ABŞ Papua Yeni Qvineyada hərbi obyektlərə çıxış imkanlarını genişləndirməyi və Sakit okeanın cənubunda təhlükəsizlik əlaqələrini gücləndirməyi hədəfləyir.
7NEWS.az