ABŞ-PKK silah yolu ələ keçirildi – Təcili

OXUNUB: 839 DÜNYA

İraq ordusu ABŞ-ın 2014-cü ilin noyabrından bu yana PKK terror təşkilatına minlərlə TIR vasitəsilə hərbi yardım çatdırdığı Ərbil-Haseke arasındakı Yarubiyə sərhəd-keçid məntəqəsini ələ keçirib.

 Keçid məntəqəsi Rabianın terrorçulardan təmizlənməsi istiqamətində başladığı əməliyyat nəticəsində azad edilib.

Məlumatlara görə, ABŞ Ərbil aeroportuna endirdiyi silahları TIR-lar vasitəsilə bu keçid məntəqəsindən PKK-ya çatdırırmış.

Qeyd edilib ki, hazırda əsas məqsəd Semelka keçid məntəqəsinin ələ keçirilməsidir. Bunun üçün İraq ordusu əməliyyata başlayıb./teleqraf.com

 

İcmal.Az

RƏYLƏR