ABŞ polisi qaradərili qadını soyundurdu – VİDEO

OXUNUB: 699 DÜNYA

ABŞ-ın Alabama ştatında yerləşən "Waffle House” restoranında polis qanunu pozan qaradərili qadını soyundurub. 

Görüntülərdə 25 yaşlı Çikesiya Klemonsun skamyada oturması, polisin isə onun əllərindən və boynundan tutması əks olunub. Qadın polis zabitinə baş verənləri anlatmağa çalışır. 

Daha sonra polislərin Klemonsu skamyadan yerə yıxması görünür.

"Siz ciddisiniz? Mən nə etmişəm?”, - o soruşub. Bu zaman qızın paltarı cırılır. 

Polislərdən biri onu əlini sındırmaqla hədələyir, digəri isə qadının boğazından tutur. Saxlanılan şəxsin anası qızının xuliqanlıq və polisə müqavimət ittihamı ilə həbs edildiyini bildirib.

Qadın əlavə edib ki, insidentə səbəb qızının plastik qab üçün restorana əlavə 50 sent ödəməkdən imtina etməsi olub. /oxu

İcmal.Az

RƏYLƏR